• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 25.05.2021 17:28

131 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

KepezTV Player

Azərbaycandan Rusiyaya ixrac olunan pomidora tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində istehsal müəssisələrində monitorinqlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq bu gündən daha 5 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib. Beləliklə, bu günə qədər ümumilikdə 131 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul göndərilməsinə imkan yaradılıb. Hazırda Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin ixrac potensialı 299 718 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya göndərilən pomidor məhsulunun 166,55 %-ni təşkil edir.