Əhaliyə xidmət edən ticarət obyektlərində sanitar, gigiyenik qaydalara əməl olunması, eləcə də təmizlik işlərinin daim nəzarətdə saxlanması qarşıda duran vəzifələrdəndir. Bu məqsədlə Təmizlik işçiləri Gəncədə fəaliyyət göstərən ticarət obyektlərində yoxlamalar aparıb, mağaza sahibləri ilə maarifləndirici söhbətlər edilib.
Mağazaların qarşısına yığılan qutular, atılan tullantılar, eləcə də səkiyə və yola tökülən çirkli sular. Bütün bunlar şəhərin Nizami Gəncəvi prospektində olan ticarət obyektlərinin qarşısında rast gəlinən xoşa gəlməz mənzərədir. Bu sahibkarlar isə obyektinin qarşısında olan zibilin onun atmadığını və bundan xəbəri olmadını bildirərək məsuliyyətdən boyun qaçırmağa çalışır. (
Bu mənim deyil. Bəs kim töküb. Bilmirəm. Sənin obyektinin qarşısıdır. Cavabdeh də sənsən.
Sahibkarlarla aparılan söhbətlər zamanı onların ərazini təmiz saxlamaq, gün ərzində yığılan məişət tullantılarını toplam şəkildə obyekt daxilində saxlayaraq iş vaxtı bitdikdən sonra iri zibil tutumlarına və ya zibil maşınlarına atılması tövsiyə edilib.
Sahibkarlara sonuncu xəbərdarlıq edilməklə belə halın təkrarlanacağı təqdirdə cərimələnəcəkləri xarıtladılıb.
Elnur Vahidoğlu
- Baxış: 582