Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.05.2021 19:39
Gəncədə 5 mərətəbli binada yanğın olub
KepezTV Player
Gəncədə yanğın olub. Hadisə şəhərin Yeni Gəncə yaşayış masivində, 28 may prospektində yerləşən 5 mərtəbəli binanın 3 mərtəbəsində qeydə alınıb. Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının baş verdiyi 13-cü binanın sakinləri təxliyə edilib, alov söndürülüb, xəsarət alan yoxdur. Hadisənin başvermə səbəbləri araşdırılır.
- Baxış: 867