• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1685
— 24.05.2021 16:08

Gəncə idmançısı Dünya Kubokunun mükafatçısı oldu

KepezTV Player

Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Nurlan Babacanov uğurlu çıxışla seçilib. 97 kq çəki dərəcəsində iştirak edən Gəncə idmançısı yarışın bürünc medalına sahib olub. O, 190 kq nəticə göstərərək Dünya Kubokunun mükafatına layiq görülüb. Yarış Tokio 2020 Yay Paralimpiya oyunlarında iştirak üçün reytinq xalları qazandırır.