• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 24.05.2021 15:59

Yaşadığı evdə “Kalaşnikov” gizlədən şəxs saxlanıldı

KepezTV Player

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarına rayon sakini, əvvəllər dəfələrlə məhkum olunan Güləhməd Məcidovun yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb. Güləhməd Məcidov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını amma buna baxmayaraq polis əməkdaşlarına təhvil verməyərək yaşadığı evdə gizlətdiyini bildirib. Faktla bağlı saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.