• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 24.05.2021 16:19

Sabah "YAŞAT" marafonu keçiriləcək

KepezTV Player

Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü ilə “YAŞAT” marafonu təşkil ediləcək. Marafonun məqsədi müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi bir araya gətirərək qazi və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı ilə Zəfər tarixini yazanlara dəstək olacaqlar. Sabah axşam saat 9-dan 11-dək videoyayım formatında təşkil ediləcək marafon Azərbaycan Televiziyasında canlı nümayiş ediləcək. Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilər çıxış edəcəklər. Eyni zamanda “YAŞAT” Fondunun qısa müddətdə gördüyü işlər barədə hesabat təqdim olunacaq.

 

Dünya Axısxa Türkləri Birliyi də sabah keçiriləcək “Yaşat” marafonuna qoşulacaq. Qurum “YAŞAT” fonduna ianə edərək, vətən müharibəsi qazilərinə və şəhid ailələrinə öz dəstəyini nümayiş etdirəcək. Birlik həmçinin sosial media hesabı vasitəsilə dünyanın 10 ölkəsində yaşayan axısxa türklərini bu kampaniyaya qoşulmağa çağırıb.