• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 24.05.2021 12:25

Qarabağda yeni Milli Park yaradılacaq

KepezTV Player

İşğaldan azad edilən ərazilərimizdə yeni Milli Park yaradılacaq. Bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib. Hazırda ərazilərin minalardan təmizlənməsi işləri aparılır, ərazilərə baxılır. Ərazilər mina və partlamamış sursatlardan təmizlənəndən sonra yeniliklər nəzərdə tutulub. "Bu işlər bitəndən sonra ola bilsin ki, həmin yerlərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına başlansın. Məsələn, Qarabağ bölgəsində yeni Milli Park yoxdur. Gələcəkdə orada Milli Parkın yaradılması planlaşdırılır. Hələ ki, Milli Parkın yaradılacağı ərazi müəyyən edilməyib" - deyə nazirlik rəsmisi bildirib. Əlavə edib ki, yeni Milli Park qoruqların ərazisində də yaradıla bilər. Hazırda Kəlbəcər ərazisində ümumiyyətlə xüsusi mühafizə olunan təbiət ərazisi olmasa da, rayonda elə xüsusi bitki növü mövcuddur ki, o növün qorunmasına ehtiyac var.