KepezTV Player
Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilir. Qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində keçirilən müsabiqədə əsas diqqət ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedoqoji vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsinə yönəlib. Hərbi hissələrdə birinci mərhələ üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıb. Yekun mərhələdə isə xüsusi komissiya tərəfindən Azərbaycan Ordusu üzrə müsabiqənin qalibləri müəyyənləşdiriləcək.
- Baxış: 377