• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 22.05.2021 13:04

Avropa üçüncüsü təntənə ilə qarşılandı

KepezTV Player

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatından Azərbaycan yığmasının üzvü olan Şəmkirli idmançı da medalla qayıdıb. 65 kq çəki dərəcəsində qitənin üçüncüsü olan Zirəddin Bayramov doğma rayonunda təntənə ilə qarşılanıb. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev, Gənclər və İdman İdarəsinin əməkdaşları və yerli idmançılar gənc güləşçinin qazandığı uğurun rayon üçün önəmindən danışıblar. Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olan Zirəddin Bayramovun qazandığı uğurun yerli idmançılar üçün stimul olduğuna diqqət çəkilib. Avropa çempionatında Zirdədinin bürünc medal uğrunda mübarizədə Belarus təmsilçisinə heç bir şans verməyərək 10:0 hesabı ilə qalib gəldiyi vurğulanıb.  Zirəddin Bayramov 2019-cu ildə İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında da erməni rəqibini tatmidən ağladaraq yola salmış və bürünc medal qazanmışdır.