• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1308
— 22.05.2021 13:05

"Kəpəz" yarımfinalın ilk oyununa çıxır

KepezTV Player

Bu gün futbol üzrə gənclər kubokunda yarımfinal mərhələsinin ilk oyunları start götürəcək. Yarışda uğurlu çıxışla diqqət çəkən “Kəpəz”in U-19 komandası evdə "Sabah"ın müvafiq yaş qrupundan olan kollektivini qəbul edəcək. 1/8 finalda Keşləni, ¼-də isə Neftçini mübarizədən kənarlaşdıraraq finalın bir addımlığınadək irəliləyən gəncəlilər doğma publika amilindən maksimum yararlanaraq qarşılaşmadan sərfəli nəticəylə ayrılıb, cavab oyununa üstün yollanmaq istəyirlər. “Kəpəz” - “Sabah” görüşü saat 17-də başlayacaq.