Birləşmiş Millətlər Təşkilatçının İnkişaf Proqramı çərçivəsində Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi, Prezident Aparatının təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin texniki dəstəyi ilə enerjiyə qənaət etmək üçün binalarda enerji səmərəliyinin araşdırılması həyata keçirilir. Pilot layihədə ilk olaraq Vətən müharibəsində Ermənistanın raket zərbələri nəticəsində zərər görən Gəncə və Bərdə şəhərlərindəki binalar tədqiq edilib. Bununla bağlı Nizami yurdunda müvafiq qurumların nümayəndələri ilə görüş keçirilib. Enerji səmərəliyi ilə bağlı ətraflı məlumat verilib, aparılan araşdırmalar müzakirə olunub, eləcə də təşkilatçılar və aidiyyatı idarələrin əməkdaşları arasında fikir mübadiləsi aparılıb. Gələcəkdə layihənin yararsız vəziyyətdə olan binaların birində icra edilməsi nəzərdə tutulub.
- Baxış: 769