• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 20.05.2021 20:58

"Kəpəz"in gəncləri yarımfinalda

KepezTV Player

19 yaşlı futbolçulardan ibarət komandalar arasında təşkil olunan Gənclər Kubokunda ¼ final mərhələsinin cavab oyunları keçirilib. Bu mərhələdə “Kəpəz” doğma meydanda "Neftçi" komandasını qəbul edib. Oyunboyu rəqib qapısı önündə təhlükəli anlar yaşadan gəncəlilər qol vurmaq istəklərinə ikinci yarıda çata biliblər. 64-cü dəqiqədə qonaq futbolçunun qırmızı vərəqə alması ilə nəticələnən epizod həm də penaltiyə səbəb olub. Nihat Fərəci 11 metrliyi qola çevirərək komandasını hesabda irəli çıxarıb - 1:0. Qarşılaşmanın əsas vaxtı bu hesabla yekunlaşıb. İlk oyunda paytaxt kollektivi də eyni nəticəylə qələbə qazandığından qalibi müəyyənləşdirmək üçün əlavə hissələr oynanılıb. Burada isə hər hissədə bakılıların qapısına 1 dəfə yol tapan "sarı-göylər" 3:0 hesabı ilə qalib gəliblər. Qolları Cavad Kərimov və Çingiz Məmmədov vurublar. Yarımfinal yüksələn "Kəpəz" bu mərhələdə "Sabah"a rəqib olub.