• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 20.05.2021 16:39

Bakıda polis sevgilisini öldürdü, özünü güllələdi

Bu gün günorta saatlarında paytaxtın Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 26 yaşlı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 25 yaşlı Fatimə Hüseynovanı qətlə yetirib. Sonra isə özünü güllələyərək intihara cəhd edib. Bu barədə açıqlama yayan Daxili İşlər Nazirliyinin məlumatına görə, Həsən Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.