• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 19.05.2021 19:51

Amputantlar Çempionlar Liqasına hazırlaşır

KepezTV Player

“Qarabağ” amputant futbol klubu təlim-məşq toplanışı keçirib. Komanda qarşıdan gələn yarışlara Göygöldə hazırlaşıb.

Mayın 7-dən Göygöldəki Olimpiya İdman Kompleksində toplanışda olan kollektivin tərkibində Bakıdan və ölkənin müxtəlif regionlarından olan 20-yə yaxın amputant futbolçu iştirak edir. Komanda gündə iki dəfə məşq keçir. Baş məşqçi Ramin Həbibov səhər çalışmalarında güc dözümlüyünü artırmağa, axşam isə taktiki-texniki hazırlığa önəm verir.

Qarabağ” klubu Türkiyənin Gaziantep şəhərində 5 ölkənin - İtaliya, Gürcüstan, Polşa, Türkiyə və Azərbaycan çempionlarının iştirakı ilə təşkil ediləcək Çempionlar Liqasına qatılacaq. Komanda üzvləri yarışöncəsi toplanışı dəyərləndirərkən qardaş ölkədə qalib olmaq üçün əllərindən gələni edəcəklərini söyləyiblər.

Amputantlar komandaya qoşulmaq istəyənlərə çağırış da ediblər. Onlar əlilliyi olan insanların evdə oturmamalarını, cəmiyyətə inteqrasiya etmək üçün futbolla məşğul olmalarını məsləhət görüblər.

“Qarabağ” amputant futbol klubu mayın 17-dək Göygöldə toplanışda olacaq. Ayın 20-də isə Çempionlar Liqasında iştirak üçün 15 nəfərlik heyətlə Türkiyəyə yola düşəcək.