KepezTV Player
Ağstafa rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib. Mayın 15-də saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini 62 yaşlı Çiçək Ələkbərovaya məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda cinayət işi başlanıb.İstintaqla müəyyən edilibki, mərhumun qohumu 34 yaşlı Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çiçək Ələkbərovanı qəsdən öldürüb. Məmmədov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 589