KepezTV Player
Bu gündən etibarən Gəncə də daxil olmaqla ölkənin bəzi şəhər və rayonlarında əyani tədris forması qismən bərpa edilib. Gəncədəki 45 məktəb üzrə məktəbə hazırlıq qruplarında 3175, 1-9-cu siniflərdə isə 38 min 290 nəfər şagird sinif otaqlarında dərslərinə davam ediblər. Şagirdlər pandemiya şəraitinin tələblərindən irəli gələrək iki yarımqrupa bölünməklə həftədə 3 dəfə məktəbə gələcəklər. Bütün siniflərdə ara məsafəsinin gözlənilməsi xüsusi tələb olaraq qarşıya qoyulub. Şagirdlər partalarda sağ-sol qaydalarına uyğun şəkildə əyləşdirilib. Sinif otaqları dezinfeksiya vasitələrilə təmin edilib.
- Baxış: 866