KepezTV Player
Türkiyənin İstanbul şəhərindən Gəncə və Naxçıvana uçuşlar bərpa edilib. Bu marşrut üzrə ilk təyyarə bu gün səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb. Qarşılanma mərasimində Gəncə şəhər rəhbərliyi və Türkiyənin Gəncədəki Baş konsuluğunun nümayəndələri iştirak ediblər. İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Hər iki ölkənin vətəndaşları həm ümumvətəndaş pasportu, həm də biometrik şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş edə biləcəklər.
- Baxış: 859