• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1976
— 14.05.2021 18:48

Yağıntıların taxılçılığa xeyri

KepezTV Player

Son günlər hava şərəitinin yağmurlu keçməsi Göygöl rayonunda taxılçılığa müsbət təsir edib. Son illər havaların quraq olması səbəbindən yaxşı məhsul götürə bilməyən fermerlər bu il nikbin danışırlar.

Göygöl rayonunda bu il dəmyə şəraitində 4595 hektar sahədə taxıl becərilir. Məlum məsələdir ki, bu formada əkilən taxıldan ürəyincə məhsul əldə etmək üçün havanın yağıntılı keçməsi şərtdir. Son bir neçə gündür yaz fəslinə xas olan yağışın yağması rayonda əkilən taxılın hazırkı vəziyyətdə suya olan tələbatını böyük ölçüdə ödəyib. Bunu taxılçılıqla məşğul olan fermerlər də təsdiqləyir. Cari il Topalhəsənli kəndində 100 hektardan çox sahədə taxıl səpini aparan Mübariz Cəfərov da yağıntının üzlərini güldürdüyünü deyir.

Mütəxəssislər yağışın dəmyə sahələrlə yanaşı suvarılan ərazilərdə əkilən taxıla da xeyri olduğunu bilidiriblər. Həmçinin yağıntılar məhsuldarlığa da müsbət təsirini göstərəcək.

Göygöl rayonunda 2021-ci ilin məhsulu üçün 7102 hektarda taxıl əkilib. Bunun 4361 hektarı buğda, 2741 hektarı isə arpadır.