• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 08.05.2021 20:20

"Kəpəz" və "Turan Tovuz" Premyer Liqaya buraxılmadı

KepezTV Player

AFFA Lisenziyalaşdırma Komissiyası I Divizion klublarının Azərbaycan Premyer Liqasında iştirak üçün müraciətlərini müsbət cavablandırmayıb. “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya elitada iştirak üçün lisenziya verilməyib. Əvəzində yenə Premyer Liqadakı 8 klubun hamısı - "Qarabağ", "Neftçi", “Sumqayıt”, “Zirə”, “Keşlə”, “Sabah”, "Səbail" və "Qəbələ"gələn mövsüm də yüksək liqaya buraxılıb. Müraciətləri rədd edilən klublar imtina barədə bildiriş aldıqdan sonra 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilərlər.