KepezTV Player
Göygöldən Hacıkəndə gedən avtomobil yolunun kənarlarında kütləvi ağacəkmə aksiyası keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə baş tutan yaşıllaşdırma tədbirində yerli iqlim şəraitinə uyğun gələn ağac tingləri basdırılıb. Qazılan çalalarda əkilən ağacların suvarılması təmin edilib. Göygöl rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yol boyu ərazidə təmizlik işləri də görülüb.
- Baxış: 350