KepezTV Player
Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan hissəsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib. Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib ki, son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaq.
- Baxış: 475