KepezTV Player
Göygöl rayonunda çaydan meyiti tapılan qadının kimliyi məlum olub. Qoşqarçay çayının rayonun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində cəsədi aşkarlanan qadın Daşkəsən rayon sakini, 39 yaşlı Mehriban Əziz qızı Həsənovadır. Ruhi xəstə olduğu bildirilən qadının çaya necə düşdüyü araşdırılır.
11:15-ə olan xəbər
FHN-in "112" qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 776