• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 06.05.2021 12:26

"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib

KepezTV Player

Futbol üzrə UEFA Çempionlar Liqasının daha bir yarımfinal oyun keçirilib. Mərhələnin ikinci oyun günündə “Çelsi” klubu doğma azarkeşlər önündə “Real Madrid” komandasını qəbul edib. Görüş London təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 2:0.Oyunda hesabı “Çelsi” klubu matçın 28-ci dəqiqəsində açıb. Timo Verner fərqlənib.Fasilədən sonra hücumların artıran Tomas Tuxelin yetirmələri rəqibini ikinci dəfə cəzalandırıb. Meydana təzə çıxan Kristian Pulişiçin cinah ötürməsindən sonra hamıdan tez topa yetişən Meyson Mount hesab arasındakı fərqi iki topa çatdırıb. Bu komandaların arasında Madriddə keçirilən görüş 1:1 hesabı ilə başa çatmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Çelsi” klubu qitənin ən nüfuzlu klub turnirinin finalına yüksəlib.

Final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.