• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 05.05.2021 19:22

Bakıda başına daş plitəsi düşən yeniyetmə ölüb

KepezTV Player

Bakıda başına daş plitəsi düşən 14 yaşlı Əli Şabanov vəfat edib. Hadisə nəticəsində ağır xəsarət alaraq komaya düşən Səbail rayonu, Badamdar qəsəbə sakini bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Rafiq İsgəndərov küçəsində beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşayan 2007-ci il təvəllüdlü yeniyetmənin üzərinə düşüb. Ağır kəllə-beyin travması alan Əli Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.