• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 05.05.2021 12:00

Marketdə yeyinti məhsullarını yararsız hala salanlar saxlanılıb

KepezTV Player

Bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur. 2017-ci ilin iyulun 3-də sürücülük hüququndan məhrum olunmasına baxmayaraq marşrut avtobusunu təqib edərək sərnişinlərin həaytına təhlükə yaradıb, bir qrup şəxsləsürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Bu hadisədən sonra R.Orucovun atası Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.