KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi R.Əhmədov ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Onun barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
- Baxış: 469