• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 04.05.2021 15:34

ASUS qalxan klaviaturalı oyun notbukunun anonsunu verib

ASUS şirkəti “Republic of Gamers” (ROG) oyun xəttindən olan yeni “Zephyrus S17” notbukunu premyera üçün hazırlayır. Şirkətin rəsmi tvitter səhifəsində dərc olunan tizerə əsasən, yeni cihazın əsas özəlliyi hərəkətli klaviatura bloku olacaq. “ROG Zephyrus S17”nin ekranı açılarkən komponentlərin daha yaxşı soyuması üçün klaviatura bloku notbukun alt hissəsindən qalxacaq. Klaviaturanın öz arxitekturası da dəyişəcək. Klavişlər ekrana doğru “yuxarı qaldırılacaq” ki, geymerlər əllərini daha rahat hiss etsin. Yeni “ROG Zephyrus S17” hələ rəsmi premyerası hazırlanan və “Tiger Lake” ailəsindən olan 11-ci nəsil “Intel Core” prosessorları ilə təchiz olunacaq. Həm notbukun, həm də prosessorların texniki xüsusiyyətləri mayın ortalarında “Intel” və ASUS şirkətlərinin yeni işlərinin təqdimatından sonra açıqlanacaq.