• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1702
— 04.05.2021 12:45

Amputant komandaların növbəti yarışı

KepezTV Player

Gəncədə amputant futbol komandaları arasında turnir təşkil olunub. "Qarabağ" Əlil Döyüşçülər Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda 4 komanda iştirak edib. Mübarizəyə Bakının "Qarabağ" və "Abşeron", həmçinin turnirə ev sahibliyi edən Nizami yurdunun "Kəpəz" və "Gəncə" kollektivləri qatılıb. Ölkəmizdə 2 ilə yaxındır fəaliyyət göstərən amputant komandalar arasında mütəmadi olaraq birinciliklər təşkil edilir. Qazilərin cəmiyyətə inteqrasiyası baxımından bu cür yarışların keçirilməsi vacib əhəmiyyət daşıyır. Azərbaycanın amputant yığma komandası xarici ölkələrdə reallaşan yarışlarda iştirak edərək bir sıra nailiyyətlərə də imza atıb.