• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 03.05.2021 19:08

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

KepezTV Player

Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. Aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 285 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Məlumata görə, ötən ilin noyabrın 10-dan bu il aprelin 30-dək piyada əleyhinə 7 086, tank əleyhinə 3 574 mina və 7 943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2 028 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.