• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 02.05.2021 19:48

"Kəpəz" - "Qarabağ-2" görüşündə heç-heçə

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci Divizonunda 24-cü turun oyunları keçirilib. Növbəti həftə “Kəpəz” doğma meydanda “Qarabağ-2” komandası ilə ilə üz-üzə gəlib.

Oyun Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar olaraq 1 dəqiqəlik sükutla başlayıb. Qarşılaşmanın start fitindən sonra ilk yarıda tərəflər müdafiədə diqqətli oynayaraq qapılarından qol buraxmamağa çalışıblar. Birinci hissədə ən yaddaqalan vəziyyət fasiləyə az qalmış ağdamlılardan Mirmövsüm Caniyev zərbəsi olub. Oyunçunun qüvvətli vuruşunu “Kəpəz”in qolkiperi Elməddin Sultanov gözəl seyvlə dəf edə bilib. İlk dəqiqədə komandalar fərqlənə bilməyiblər.

İkinci yarı daha templi keçib. “Kəpəz” və “Qarabağ-2” kollektivləri bir neçə epizodda qola yaxın olublar. Əvvəlcə cərimə meydançasının içində meydan sahbilərindən Emil Qasımovun zərbəsi qapının üstündən keçib. Ardınca sağ cinah ötürməsi zamanı qonaqların oyunçuları bir-birinə mane olaraq yumşaq mərmini qapıya göndərə bilməyiblər. Sona yaxın gəncəlilərdən Əli Səmədovun elə də qüvvətli olmayan vuruşunu isə rəqib qapıçı zərərsizləşdirməkdə çətinlik çəkməyib. Belə sonadək qapılara qol vurulmayıb və görüş başladığı kimi - 0:0 hesabıyla bitib.

Bu turdan sonra aktivlərinə 1 xal əlavə edən “Kəpəz”in 25, Qarabağ-2-nin isə 31 xalı var.