• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1522
— 02.05.2021 19:42

Qaya parçaları yola düşüb

KepezTV Player

 Daşkəsənə ötən gecə yağan yağış bir sıra fəsadlar törədib. Leysan yağışın yağması nəticəsində Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Bayan kəndində dağlıq ərazidən keçən hissəsinə iri qaya parçaları düşüb.Nəticədə avtomobillərin hərəkəti tam dayanmasa da gediş-gəliş üçün bir qədər çətinliklər yaranıb. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli nümayəndələri cəlb olunub. Yolda tökülən iri qaya parçaları ərazidən təmizlənib. Sözü gedən avtomobil yolunda hərəkət tam bərpa olunub.