Gəncədə təhlükəsizlik kəmərindən istifadə olunmaması, avtomobilə konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlandığı reydlər zamanı bir neçə sürücünün avtomobillərində digər texniki nöqsanlar da aşkar edilib. Həmin nəqliyyat vasitələrinin hərəkəti qanunla müəyyən edilmiş qaydada dayandırılaraq mühafizə olunan duracağa yerləşdirilib. Bundan başqa keçirilən tədbirlərlə sərxoş halda avtomobil idarə edən sürücülər də aşkar edilib. Həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, onlara sərxoş halda avtomobil idarə etməyin həm özləri həm də digər hərəkət iştirakçıları üçün çox təhlükəli olduğu bildirilib. Aprel ayı ərzində keçirilən reydlər zamanı ümumilikdə vətəndaşlar tərəfindən 4000-dən çox qayda pozuntusu aşkar edilərək barələrində inzibati qaydada tədbir görülüb.
- Baxış: 737