• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1306
— 30.04.2021 12:02

ADNA-da törədilən terror aktından 12 il ötür

KepezTV Player

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktından 12 il ötür. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, Fərda Qədirov qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq öldürüb. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. İş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.