• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 957
— 30.04.2021 12:05

15 nəfərin hərbi ilə bağlı əlillik dərəcəsi ləğv edildi

KepezTV Player

Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilən əlillik müddəti bitən və təkrar əlillik təyinatı aparılması üçün barələrində sistemə göndəriş daxil edilən, habelə əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 27 nəfərin komissiya tərəfindən əlilliyinin əyani qiymətləndirilməsi aparılıb. Onlardan 15-nin xəstəlik diaqnozlarının əlilliyə əsas vermədiyi, bu diaqnozların onların sağlamlıq vəziyyətlərinə uyğun olmadığ müəyyən edilib. Həmin şəxslərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib. Aparılan müayinələrdə mühüm prinsip əlillik təyinatlarının şəffaf və obyektiv aparılmasının təmin edilməsi, əsassız təyinatların ləğvidir.