• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 29.04.2021 22:33

Təhlükə yaradan ağaclar zərərsizləşdirilir

KepezTV Player

Gəncədə yaşayış binalarının üzərinə aşmaq təhlükəsi olan, eləcə də küçə və prospektlərdə yol hərəkəti nişanlarının görünməsini məhdudlaşdıran ağaclar zərərsizləşdirilir. İşlər sakinlərin müraciəti əsasında Gəncə Şəhər Yaşıllaşdırma Şöbəsinin mobil qrupu tərəfindən həyata keçilir.

Bu qurumuş ağaclar Heydər Əliyev prospektində yerləşən binaların sakinləri üçün problem yaradırdı.Onların rahat hərəkət etməsinə imkan vermirdi. Bunun üçün də təhlükə yaradan bu ağaclar kəsilərək ərazidən uzaqlaşdırılır.

Famil Rzayev sakin: Bu binada yaşayıram. Uzun müddət idi bu qrumuş ağac uşaqların oynamasına təhlükə yaradırdı. Bu yaxınlarda külək oldu, maşının üzərinə də düşmüşdü. Sağ olsunlar, müraciət elədik, müraciətimizə baxıldı. Hazırda təhlükə aradan götürüldü.

Yaşıllaşdırma Şöbəsinin əməkdaşları yol hərəkəti iştirakçılarının üzləşdikləri çətinlikləri də aradan qaldırırlar. Belə ki, küçə və prospektlərdə yol hərəkətini tənzimləyən nişanların üzərinə düşən ağacların budanması həyata keçirilir.

Elnur Əliyev  sakin: Ağacları buduyurlar. Əvvəllər yol hərəkəti nişanları görsənmirdi. İndi yol nişanları görsənir.

Rafiq Heydərov  sakin: Nişanlar görünmür, işıqforlar görünmür, kameralar görünmür. Bunların hamısını vaxtında budayıb çatdırmaq lazımdı ki, əhali də əziyyət çəkməsin. Məktəbin qabağında işıqfor görsənmir. İndi də edirlər çox sağ olsunlar.

Elmir Əzizov  Gəncə Şəhər Yaşıllaşdırma şöbəsinin əməkdaşı: Şəhər üzrə N. Nərimanov, Əziz Əliyev, Atatürk v.s. küçə və prospektlərdə ağacların budanması prosesi gedir. Bu proses şəhərdə olan yol nişanları, işıqforların açılması, sakinlərin rahatçılığı və ən əsası isə ağacların daha yaxşı inkişaf etməsi üçün nəzərdə tutulub. Bizim idarə tərəfindən həyata keçilir. Yazılı şəkildə Gəncə şəhər İcra Hakimiyyətinə ərizə yazılır. Bu ərizə ekalogiyya idarəsinə gedir və idarənin əməkdaşları gəlib baxır.

İlin əvvəlindən indiyə kimi sakinlərin müraciəti əsasında 200-ə yaxın qurumuş və ya təhlükəli ağac qaydalara uyğun olaraq zərərsizləşdirilib. Yaşıllıqların qanunsuz olaraq məhv edilməsi isə inzibati məsuliyyət yaradır. Belə ki, ağacların qeyri-qanuni kəsilməsinə görə, fiziki şəxslər 3 mindən 10 min manatadək, hüquqi şəxlər isə 20 min manata qədər cərimə edilirlər.

Elnur Vahidoğlu