• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 29.04.2021 15:39

ANAMA: Partlamamış hərbi sursatlar əlavə problem yaradır

KepezTV Player

“200-dən çox insan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün təhkim olunub. Onlar bazar günü, bayram günü demədən işləyirlər. Məqsəd işğaldan azad olunmuş ərazilərin bərpasına, infrastrukturun, elektrik xətlərinin yenidən tikilməsi kimi layihələrə dəstək verməkdir. Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib ki, mexanizmlər işlənib hazırlanıb. Yaxın gələcəkdə bunun nəticələri bilənəcək. Yerin səthində və yerin altında olan partlamamış hərbi sursatlar isə əlavə bir problemdir. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai isə bildirib ki, Azərbaycan hökumətinin minaların təmizlənməsi ilə bağlı fəaliyyəti alqışa layiqdir. ANAMA tərəfindən böyük işlər görülür və təşkilat öz işinin öhdəsindən layiqincə gəlir. “Mən özüm Əfqanıstanda müharibənin dəhşətlərini görmüşəm. Ona görə də bu məsələnin Azərbaycan üçün əhəmiyyətini başa düşürəm”, - deyə İshaqzai vurğulayıb.