• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 29.04.2021 12:14

Toy məclisinin keçirildiyi restoranın sahibi və 65 nəfər cərimə olunub

KepezTV Player

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb. Aprelin 28-də Masazır qəsəbəsində yerləşən restoranda xüsusi karantin rejimi qaydalarının pozularaq 65 nəfərin iştirakı ilə toy mərasimi keçirilməsi barədə polisə məlumat daxil olub. Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı olan restoranın icarədarı Mənsur Xəlilov və toyda iştirak edən şəxslərlə profilaktik söhbət aparılıb. Xüsusi karantin qaydalarını pozan restoranın icarədarı 5 min manat məbləğində cərimə edilib. Eləcə də, toyda iştirak edən 65 nəfər barəsində inzibati protokol tərtib olunub və onların da hər biri 200 manat məbləğində cərimələniblər.