• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 29.04.2021 09:59

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

KepezTV Player

ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Dövlət katibi əlaqələrin möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyət və ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev ermənilər tərəfindən dağıdılan ərazilərdə bərpa işlərinin həyata keçirildiyini vurğulayıb. Entoni Blinken bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib. Prezident İlham Əliyev ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır, bu açıqlama Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.