• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 28.04.2021 19:33

AZAL Ankara və İstanbula uçuşları dayandırır

KepezTV Player

"Azərbaycan Hava Yolları" Azərbaycandan Türkiyəyə uçuşları müvəqqəti dayandırır.AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənskinin sözlərində görə, 29 aprel – 16 may tarixlərinə olan Bakı-İstanbul-Bakı və 29 aprel – 13 may tarixlərinə olan Bakı-Ankara-Bakı reysləri ləğv edilir.Bakı-Antalya-Bakı 12 may tarixli reysi də ləğv olunub."Alternativ kimi sözügedən tarixlərə olan aviabiletləri cərimə tətbiq olunmadan istənilən tarixlərə “Türk Hava Yolları”nın biletlərinə dəyişmək olar".***

Bu arada, "Buta Airways" Bakıdan Ankara şəhərinə uçuşları bərpa edəcək. Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin 17 may tarixindən etibarən həyata keçirilməsi nəzərdə tutulur. Uçuş cədvəlinə əsasən aviaşirkət birinci və dördüncü günlər uçuşlar yerinə yetirəcək.