Dünya İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyevin forumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub.Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verib. Bildirib ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng iş durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. Görüşdə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin fəaliyyəti vurğulanıb. Prezident İlham Əliyev Borge Brendeni Azərbaycana səfərə və mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət edib. İnvestisiyaların cəlb edilməsi üçün ölkəmizdə yaxşı mühitin olduğunu deyən Brende azərbaycanlı gənclərin çox mükəmməl olduqlarını vurğuladı və onların Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi işinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
- Baxış: 347