• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 27.04.2021 20:32

Qazilər reabiltasiya olunub

KepezTV Player

İllərin sınağından çıxmış, yüz minlərlə insanı sağlamlığına qovuşduran Naftalan nefti öz məşhurluğu ilə bütün dünyaya səs salıb. Bu möcüzəvi müalicə üsulundan bu dəfə 1-ci və 2-ci Qarabağ müharibələri qazilərinin sağlamlığının bərpası üçün istifadə edilir.

Qabil Məmmədquliyev I Qarabağ müharibəsi qazisi: Özüm Ağdam rayonundanan. Hal hazırda Bakıda yaşayıram. 1-ci dəfədir Naftalanda müalicə götürürəm. Əsas məndə kəllə beyin travmasıdır, sol əlimdə ayaqlarımda zəiflik, bura gələndən xeyli fərq eləyib. Hər şey normaldı. Çox gözəl qayğı, diqqət var. Buranın işçiləri həqiqətən də çox gözəl qayğı göstərirlər. Hər cürə təminatımız var.

Mehman Cəfərov I Qarabağ müharibəsi qazisi:1-ci Qarabağ müharibəsinin 2-ci qrup qazisiyəm.  Bərdə rayonunda göndərişlə gəlmişəm möcüzəyə müalicəyə üçün. Hal-hazırda parafinlər qoyublar, qoluma müalicə gedir. Vanna qəbul edirik, masajlar qəbul edirik. Çox sağ olsunlar ki, bu möcüzənin rəhbərliyi Qarabağ əlillərinə, şəhid ailələrinə, çox böyük diqqət yetirirlər.

Müharibədə iştirak edərək sağlamlığını itirən qazilərimiz burada peşəkar həkimlərin nəzarəti altında effektiv şəkildə müalicə alırlar. Tibb texnologiyasının ən son nailiyyətləri hesab olunan cihaz və avadanlıqlarla aparılan müalicənin müddəti isə iki həftə təşkil edir.

Tünzalə Səfərova həkim: Bu müalicəni biz 1- ci Qarabağ savaşında iştirak etmiş qazilərimizə xidmət etməklə göstərmişik. Bu ildən biz xeyli sayda 2-ci Qarabağ savaşında iştirak etmiş qazilərimizə xidmət etmişik. Onlara istər Naftalan müalicəsi, eləcə də fizioterapiya, darsanbalazasiya, eloktrofaliz, maqnitoterapiya, inqalyasiya, diodinamika və. s müalicələr icra etmişik. Ümumiyyətlə, onları tam sağlamlıqlarına qovuşdura bilməsək də nisbətən müalicənin effektini görmüşük və buna görə də həmişə şad olmuşuq. … Bu qazilərimizi sağlamlıqlarına qovuşdurmaqla biz öz vəfizə borcumuzu layiqincə yerinə yetirməyə hər zaman hazırıq və bununla qürur duyuruq.

“Möcüzəli Naftalan” sağlamlıq mərkəzində indiyədək ümumilikdə 500-ə yaxın qaziyə xidmət göstərilib. Hazırda da proses davam etdirilir.

Qoca Əmiraslanov mərkəzin rəhbəri: Ən qürurverici haldır ki, bu gün Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin  xətti ilə gələn Qarabağ əlillərinə, qazilərimizə xidmət göstəririk. Onların reabiltasiyası, sağlamlıqlarının  bəpa olunması üçün çalışırıq. Var gücümüzlə səfərbərik ki, bacardığımız  qədər əlillərimizə, qazilərimə dəstək olaq. əvvəl 1- ci Qarabağ müharibəsi indi də 2- ci Qarabağ müharibəsində, 44 günlük şanlı tarix yazan Azərbaycan ordusunun, rəşadətli ordumuzun döyüşən oğulları bu gün Möcüzəli Naftalan sağlamlıq mərkəzində öz müalicələrinin alırlar. Itirdikləri sağlamlıqlarının bərpa etmək üçün. Göndərişlə bu il gələn 400, 500 600 nəfərəcən qazilərimizi qəbul eləmişik. 1- ci və 2- ci Qarabağ əlilləri daxil olmaqla.

Qazilərin müalicəsi il ərzində ardıcıllıqla davam etdiriləcək. Pandemiya dövrü olduğundan proses növbəlilik qaydasında aparılır. Qrafikə uyğun olaraq, bütün qazilərə xidmət göstəriləcək.

Aişə Rzayeva