• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1734
— 25.04.2021 20:05

Dövlət başçıları Baydenin bəyanatını qınayıblar

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini və regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu vurğulayıb. Prezident Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.