• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 24.04.2021 20:23

Tarixi derbidə sükut

KepezTV Player

1-ci divizionun 23-cü turunda Azərbaycan futbolunun tarixi derbisi baş tutub. Turan Tovuz evdə Kəpəzi qəbul edib. Qarşılıqlı hücümlarla keçən qarşılaşmada tərəflər fərqlənməyə nail olmayıblar. Tarixi Qərb derbisində qolsuz bərabərliyə razı olan tərəflər xalları yarı bölüblər. Turan Tovuz 47 xalla 3-cü, Kəpəz isə 24 xalla 6-cı pillədəki yerində qalıb.