• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 24.04.2021 17:10

Ev quşları üzərində sınaq təcrübəsi aparılır

KepezTV Player

Quşçuluqda məhsuldarlığın artırılması məqsədilə Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunda çarpazlaşdırılan yeni cücələr üzərində sınaq təcrübəsi aparılır. Tədqiqatlar İnstitutun quşçuluq laboratoriyasında həyata keçirilir. Ev quşlarının müxtəlif yerli cinslərinin çarpazlaşdırılmasından alınan 20 günlük cücələr əsasən ətlik istiqamətdə yetişdirilir. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları təcrübəni 1000-ə yaxın cücə üzərində aparır. Hazırda onların diri çəkisi 300 qrama çatdırılıb. Sınaq işlərinin məqsədi bölgə fermerlərini daha məhsuldar, iqtisadi cəhətdən sərfəli xətlərlə təmin etməkdir.

Mahir Hacıyev  Heyvandarlıq ETİ-nin direktoru: Quşun bəslənməsi əsasən 60-70 gün saxladıqda yem sərfiyyatı çoxalır və maya dəyərinin artması nəticəsində fermer qazanc əldə edə bilmir. Bu da müəyyən qədər təsərrüfatlardan imtina etməyə gətirib çıxarır. Bunun qarşısının alınması üçün bu təsərrüfatlarda yüksək məhsuldarlıqlı quşların gətirilməsi və onların bizim institut tərəfindən yaradılmasına başlanılıb.