KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində növbət dəfə reyd keçiriblər. Şəhərin Bakı istiqamətindən girişində reallaşan nəzarət tədbiri pandemiya qaydalarına əməl olunmasının vəziyyətini yoxlamaq məqsədilə təşkil olunub. Nəqliyyat vasitələrində maska taxmayan sürücü və sərnişinlər saxlanılaraq qanuna müvafiq tədbirlər görülüb. Reyd zamanı 30-a yaxın şəxs maskadan istifadə etməyi üçün cərimələnib. Analoji yoxlamalar qarşıdakı günlərdə də davam etdiriləcək.
- Baxış: 513