• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2137
— 23.04.2021 19:11

"Turan Tovuz" elitaya yüksələ biləcəkmi?

KepezTV Player

2021/2022 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak üçün müraciət edən komandalardan biri də “Turan Tovuz”dur. Qərblilər I Diviziondan əsas liqada oynamaq istəyi ilə sənədlərini AFFA Lisenziyalaşdırma qrupuna təqdim edib.

Tovuz komandasının ev oyunlarını keçirdiyi stadion ötən il təmir olunaraq yenilənib. Klubun tərkibində Futbol Akademiyası yaradılıb. Bunları nəzərə alan “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev yerli kollektivin elitada yarışmalı olduğunu düşünür.

“Turan Tovuz” elitaya yüksələ bilməsi üçün lazım olan sənədləri AFFA Lisenziyalaşdırma qrupuna göndərib. Sənədləri təqdim etmək hələ Premyer Liqaya lisenziya almaq demək deyil. Bunun üçün tələb olunan müxtəlif meyarları yerinə yetirmək lazımdır.

Hazırda klub tərəfindən Lisenziyalaşdırma qrupuna verilən sənədlər yoxlanılma mərhələsindədir. Mayın ortalarına təyin edilən Lisenziyalaşdırma Komissiyasının iclasından sonra “Turan Tovuz”un qarşıdakı mövsümdə hansı liqada oynayacağı ilə bağlı qərar veriləcək.

“Turan Tovuz” ilə yanaşı, I Diviziondan digər 2 bölgə klubu - "Kəpəz" ilə "Zaqatala" da Premyer Liqada iştirak üçün AFFA-ya müraciət edib.