• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1785
— 23.04.2021 19:41

Gübrə şirkətinin Gəncəylə bağlı planlarıi

KepezTV Player

Ölkədə kənd təsərrrüfatının inkişafı istiqamətində bir sıra addımlar atılır, müxtəlif layihələr reallaşdırılır. AZCHEMCO aqrokimya şirkəti də bu yöndə regionlarda müəyyən işlər həyata keçirir. Şirkətin Gəncəylə bağlı maraqlı layihələri də var.

Kənd təsərrrüfatının inkişafı istiqamətlərindən biri də ekoloji təmiz məhsulların əldə edilməsidir. Bu məqsədilə yaradılan, müasir standartlara cavab verən AZCHEMCO nümayəndələri Nizami yurdunda işgüzar görüş keçiriblər. Bitki Mühafizə və Textiki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş tutan görüş zamanı təcrübə-sınaq bazalarında açıq və qapalı şəraitdə aqrokimya şirkəti tərəfindən istehsal edilən müxtəlif çeşidli gübrələrin tətbiq edilməsi müzakirə edilib. İnstitutun dissertant və doktorantlarının ixtisaslaşmış kadr hazırlığında təcrübələrinin artırılması məqsədi ilə əməkdaşlıq və əldə edilən elmi nailiyyətlərin yayılması məqsədilə müxtəlif bölgələrdə seminarların keçirilməsi də qərara alınıb.

Eyni zamanda aqrokimya şirkəti ölkənin ikinci böyük şəhərində gübrə zavodu da qurmağa hazırdır. Hətta şirkət maliyyə məsələlərini də öz üzərinə götürür.

Müxtəlif istiqamətlərdə istifadə olunan gübrələrin maye halında olan növü su qıtlığı yaşanan ərazilərdə xüsusi əhəmiyyətə malikdir.