• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1846
— 22.04.2021 21:10

Goranboyda buraxılış imtahanı keçirilib

KepezTV Player

Goranboyda 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. 5 binada ümumilikdə 1085 şagirdin biliyi yoxlanılıb. Prosesin idarə olunmasında 15 imtahan rəhbəri və 109 zal nəzarətçisi iştirak edib. Pandemiya qaydalarına uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları binaya müxtəlif vaxtlarda daxil olublar. Spirt və maskalardan istifadə edilib. Abituriyentlər 3 saat ərzində Azərbaycan dili fənnindən 30, riyaziyyatdan 25, xarici dildən 30 sualı cavablandırıblar. Proses zamanı heç bir neqativ hal aşkarlanmayıb. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Aslan Namazov şagird: Qaradağlı kəndindən gəlirəm. Ən çox Azərbaycan dilini yazdım, Azərbaycan dili asan idi. O biri fənlərdə yaxşı idi.

Ceyran Həsənova  şagird: Fənlər asan idi. İngilis dili bir az çətin idi. Azərbaycan dili asan idi. Hamısını da yazdım.

Cəmil Hüseynov DİM-in Gəncə Regional Bölməsinin əməkdaşı: Bizim binada 260 nəfər şagird iştirak edir. Bunlardan 3 nəfər imtahan iştirak etmir.İmtahan 11-dən başlıyır. 10:45-dən gec gələnlər imtahana buraxılmır. Hər şey qaydasındadır.