KepezTV Player
Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.Rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb.Qayda pozan piyadalara və sürücülərə 5-dən çox inzibati protokol tərtib edilib. Bundan başqa “Təmiz hava” aylığı ilə əlaqədar da reyd baş tutub. Məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Qayda pozan 100-dən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
- Baxış: 444