Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında aşkarlanıb ki, Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov tanışları Əvəz Hüseynov, Samir Mirzəyev və Vüsalə Əliyeva vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul alıb. Alınan məbləğ həmin şəxslərin arasında bölünüb.Pərviz Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.Əvəz Hüseynov və Vüsalə Əliyeva barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilib, Samir Mirzəyev isə şübhəli şəxs qismində tutulub.
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin də qanunsuz əməlləri ifşa edilib. İmran Ağayev qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Qulu Orucov və Taleh İmanlı ilə qabaqcadan əlbir olub və anoloji cinayət əməlini törədib. Xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda yerləşdirilməsi kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul alıb. İmran Ağayev və Taleh İmanlı barəsində həbs qətimkan tədbiri seçilib, Qulu Orucov isə şübhəli şəxs qismində tutulub.
- Baxış: 745